Hövsanın mərkəzi küçəsində XAOS – Qanunsuz ticarətə dur deyən OLACAQMI? - VİDEO

Hövsanın mərkəzi küçəsində XAOS – Qanunsuz ticarətə dur deyən OLACAQMI? - VİDEO

Hazırda oxunan: Hövsanın mərkəzi küçəsində XAOS – Qanunsuz ticarətə dur deyən OLACAQMI? - VİDEO

98564

Paytaxt küçələrində qanunsuz küçə ticarəti ilə bağlı məsələ dəfələrlə aktuallaşıb.

Bu günlərdə Suraxanı rayonu Hövsan qəsəbəsinin mərkəzi küçələrində  qanunsuz ticarətlə bağlı acınacaqlı vəziyyətin görüntülərini təqdim etmişdik.

Qəsəbənin “Suraxanski” deyilən ərazisindən baş alıb gedən ticarət hələ də davam edir.

Baxmayaraq ki, qəsəbə sakinlərinin müraciəti ilə məsələni ictimailəşdirmişdik və ticarətin getdiyi ərazilərdə hərəkətin məhdudlaşdırıldığını, rahat gediş-gəliş üçün manelərin yaradıldığını, ərazidə antisanitariyanın hökm sürdüyünü qeyd etmişdik.
Sakinlər sıxlıqla yanaşı ticarətlə məşğul olanların bir-birlərinə qeyri-etik davranışlarından, söyüş və kobud  ifadələrdən istifadə etdiklərindən də gileylənmişdilər.

Məsələni ictimailəşdirəndən sonra ərazidə çox cüzi dəyişikliklər edilib. Küçənin ortasındakı piştaxtalar bir qədər kənara çəkilib və ərazi az da olsa səliqəyə salınıb. Amma heç bir piştaxta götürülməyib və ticarət yığışdırılmayıb. Bir sözlə bərbad mənzərə dəyişməz olaraq qalır.

Qeyd edək ki, qəsəbədə böyük bir ərazidə bazar fəaliyyət göstərir və sakinlər tələb edir ki, hərəkətə mane olan pərakəndə ticarət bazara köçürülsə daha məqsədəuyğun olar.

Maraqlıdır ki, aidiyyəti qurumlar bununla bağlı sorğularımızı da cavablandırmır.

Xatırladaq ki, Azərbaycanda qanunsuz küçə ticarəti rəsmən 2014-cü ilin yanvarından ləğv edilib.

Bakı Şəhər Ticarət və Xidmət Departamenti o vaxt açıqlama vermişdi ki, bu qərar paytaxtın abadlaşmasına, gözəlləşməsinə, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsinə səbəb olacaq.
2016-cı ildən isə qanunsuz küçə ticarəti ilə məşğul olanların inzibati məsuliyyətə cəlb olunmasına başlanıb.

İnzibati Xətalar Məcəlləsinin 453-cü maddəsinə əsasən, qanunsuz küçə ticarətinə, yəni icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat məbləğində cərimə təyin olunub.

Bizim.Media ərazidən yığışdırılmayan ticarətin yeni görüntülərini təqdim edir:

Alçina Amilqızı, Bizim.Media 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO