Yaqub Mahmudovun yerinə təyinat oldu - DOSYE

Yaqub Mahmudovun yerinə təyinat oldu - DOSYE

Hazırda oxunan: Yaqub Mahmudovun yerinə təyinat oldu - DOSYE

9849

Bu gün AMEA-nın Humanitar və İctimai Elmlər bölməsinin Elmi Şurasının iclası keçirilib.

Bizim.Media-nın məlumatına görə, iclasda tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov səsvermə yolu ilə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru seçilib.
 

MÖVZU İLƏ BAĞLI:

Yaqub Mahmudov vəzifəsindən azad edildi


İclasda seçkinin nəticələrinin təsdiqlənməsi üçün AMEA Rəyasət Heyətinin qarşısında vəsatət qaldırılması barədə də qərar qəbul olunub.

Kərim Şükürov 1956–cı il may ayının 10–da Bərdə rayonunda anadan olub. 1972–ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1977-1980-ci illərdə Bərdə şəhər 1 № li orta məktəbində müəllim, direktor müavini, Bərdə rayon komsomol komitəsinin ikinci katibi işləyib.

Azərbaycanın tarixi demoqrafiyası Elmi-Tədqiqat laboratoriyasının təşkilatçılarından olub, ona rəhbərlik edib. AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Turizm və Menecment Universitetinin professorudur. "Visions of Azerbaijan" jurnalının məsləhətçi redaktorudur.

O, 11 kitab və monoqrafiyanın, yüzdən çox məqalənin müəllifidir.

Azərbaycan Respublikası Prezidentinin 25 may 2012-ci il tarixli Sərəncamı ilə ona Dövlət Mükafatı verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO