Gənc rejissorun ÖLÜM SƏBƏBİ - FOTO 

Gənc rejissorun ÖLÜM SƏBƏBİ - FOTO 

Hazırda oxunan: Gənc rejissorun ÖLÜM SƏBƏBİ - FOTO 

98486

Zaqatala rayonundakı Heydər Əliyev mərkəzinin gənc rejissoru və "NN-Group"un rəhbəri Namiq Kərimov qəflətən vəfat edib. Onun qəfil ölümü rayonda hamını sarsıdıb. 

Bu barədə məlumatı Bizim.Media-ya Zaqataladan olan tarix müəllimi Xalidə Şabanova verib. 

Onun sözlərinə görə, 36 yaşında beyninə qansızmadan vəfat edən Namiq Kərimov rayonda bütün şəhid dəfnlərini təmənnasız videolentə alırdı və o, şəhidlər haqda bütün sənədli filmlərin çəkilişində iştirak edib. Ötən gün son çəklişi Vətən Müharibəsi şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Şıxəmir Qaflanov barədə film çəkilişində iştirak etmişdi. Vətənpərvər və nikbin insan olan Namiq Kərimov 2 uşaq atası idi.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO