Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilərə ev paylayacaq

Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilərə ev paylayacaq

Hazırda oxunan: Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilərə ev paylayacaq

98392
Müdafiə Nazirliyi hazırda ehtiyatda və istefada olan hərbi qulluqçulara ev verəcək.

Bu barədə Moderator.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Nazirliyin məlumatına görə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin”x9d 28 dekabr 2011-ci il tarixli Fərmanına uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 1992-ci ildən həqiqi hərbi xidmətə başlayan, 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş, Maliyyə Nazirliyinin müvafiq mənzil komissiyasına təqdim edilən siyahıda qeydiyyatdan keçən, Gəncə şəhərində daimi mənzillə təmin olunmaq istəyən hazırda ehtiyatda və istefada olan hərbi qulluqçular 6 oktyabr 2015-ci il tarixədək Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinə müraciət edə bilərlər.

Əlaqə telefonu: (055) 675-26-56
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO