Qubada 41 yaşlı müəllimə qəzada həyatını itirib.
Bizim.Media xəbər verir ki, hadisə Quba şəhərinin Vaqif küçəsində qeydə alınıb.
Quba şəhər sakini, Günay Məhəmməd qızı Fərzəliyeva iki azyaşlı uşağı ilə yolu keçərkən onu Süleyman Məmmədovun idarə etdiyi "Hyundai" markalı avtomobil vurub.
Qadın hadisə yerində dünyasını dəyişib, 2 uşağı isə çox ağır halda Quba rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Günay Fərzəliyeva Vəlvələ kənd orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimidir.
Faktı Quba polis şöbəsi araşdırır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu