Yuxarı Şirvan kanalının keçdiyi Göyçay və Ağdaş ərazisində baş vermiş sürüşmələr yaxınlıqdan keçən dəmir və avtomobil yollarına təhlükə yaradıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC məlumat yayıb.
Məlumata görə, 64 il öncə istifadəyə verilmiş və başlanğıcını Mingeçevir Su Anbarından götürən kanala su baş qurğu vasitəsi ilə ötürülür, maksimum su aparma qabiliyyəti 78 m³/san-dir.
Bu ilin əvvəlindən bu günə kimi kanal vasitəsilə anbardan 1 148 milyon m3 su götürülərək, 1 044 milyon m3-i istehlakçılara çatdırılıb. Kanal üzərində 129 ədəd sadə və mürəkkəb quruluşlu hidrotexniki qurğular mövcuddur.
Onlardan 36-ı suburaxıcı qapılardır. Kanal öz xətti boyunca 8 çayla kəsişir. Onların 6-sı dükerlərlə, 2-i isə akveduklar vasitəsilə həyata keçirilir. Bu çaylar Əlicançay, Türyançay, Göyçay çay, Dəvəbatan çay, Girdiman çay Nəzirçay və Ağsu çaylarıdır.
Kanala bu il daha çox su ötürüldüyündən müxtəlif ərazilərdə sürüşmələr baş verib. Artıq bunun qarşısını almaq məqsədilə Yuxarı Şirvan Kanalı İstismarı İdarəsi təxirəsalınmaz işlərə başlayıb.
Suvarma məqsədi ilə inşa edilən kanalın 95 km-dən artığı torpaq məcralı, 27 km-i isə beton üzlüklüdür. Bu günə kimi Yevlax ərazisində 3,2 km, Göyçay –İsmayıllı ərazisindən keçən hissədə 15 km, Ağsu – Kürdəmir ərazisindən keçən hisssədə 15 km ərazi lildən təmizlənib.
Türyançay və Göyçay çaylarının məcralarında vaxtaşırı sel sularını keçirmək üçün 3870 paqonometr uzunluğunda 90 min m3 məcra tənzimlmə işləri görülüb.
Yuxarı Şirvan Kanalının uzunluğu 122,2 km-dir. Kanal Şirvan düzünün 10 rayonunda 140 min ha əkin sahəsinə xidmət edir. Bu rayonlar Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Ağsu, Şamaxı, İsmayıllı və Hacıqabuldur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
09:40 / 10.10.2022
Yuxarı Şirvan kanalında SÜRÜŞMƏ - Dəmir və avtomobil yollarına təhlükə yaranıb
Hazırda oxunan: Yuxarı Şirvan kanalında SÜRÜŞMƏ - Dəmir və avtomobil yollarına təhlükə yaranıb
Hazırda oxunan: Yuxarı Şirvan kanalında SÜRÜŞMƏ - Dəmir və avtomobil yollarına təhlükə yaranıb
98336
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.