Sumqayıt - Bakı qatarının sərnişini huşunu itirib

Sumqayıt - Bakı qatarının sərnişini huşunu itirib

Hazırda oxunan: Sumqayıt - Bakı qatarının sərnişini huşunu itirib

98322

Bu gün saat 08:00-da Sumqayıtdan Bakıya gələn sürət elektrik qatarındakı sərnişinlərdən biri huşunu itirib. 

Bizim.Media xəbər verir, hadisəyə səbəb vaqonlardakı sıxlıq olub. 

20-25 yaşlarında olan sərnişinin vəziyyəti haqqında məlumat vermək və ona ilk tibbi yardım etmək üçün maşinistlə əlaqə saxlanılmasına cəhd edilsə də, sıxlıqdan bu, mümkün olmayıb.

Qatarda olan polis əməkdaşının göstərişi ilə sıxlığı azaltmaq üçün sərnişinlərin bir qismi adi sinif vaqondan biznes sinifi vaqonuna keçirilib. Bundan bir qədər sonra isə huşunu itirmiş sərnişin özünə gəlib. 
Həmin vaqonda daha bir sərnişinin isə ürəyi sıxılıb, amma o, huşunu itirməyib. Vətəndaşa dərhal ilkin tibbi yardım göstərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO