44 günlük Vətən müharibəsinin xronikası: 10 oktyabr

44 günlük Vətən müharibəsinin xronikası: 10 oktyabr

Hazırda oxunan: 44 günlük Vətən müharibəsinin xronikası: 10 oktyabr

98316

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Bizim.Media Vətən müharibəsinin xronikasını təqdim edir.

- Prezident İlham Əliyev Rusiyanın RBK televiziya kanalına müsahibə verib.

- Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşü başa çatıb. Azərbaycan və Ermənistan Dağlıq Qarabağda humanitar məqsədlərlə atəşkəs barədə razılığa gəliblər. Atəşkəs rejimi Ermənistan tərəfindən kobudcasına pozulub. Atəşkəs rejimini pozan düşmənin zirehli texnikası məhv edilib.

- Gecə ərzində gərgin döyüşlər davam edib, düşmənin ağır döyüş texnikaları məhv edilib. Düşmən Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarını intensiv atəşə tutub. Ermənistanın Mingəçevirə atığı və havada məhv edilən ballistik hədəfin qalıqları aşkarlanıb. Xocalıdakı radilokasiya stansiyası məhv edilib.

- Düşmənin Qubadlıda "S-300"ü və digər hərbi texnikası və artilleriya batareyası məhv edilib.

- FHN Ermənistanın atəşləri nəticəsində Azərbaycanın mülki obyektlərində baş verən yanğınlar haqqında məlumat verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO