İmişlidə qəza: Dörd nəfər yaralandı - FOTO

İmişlidə qəza: Dörd nəfər yaralandı - FOTO

Hazırda oxunan: İmişlidə qəza: Dörd nəfər yaralandı - FOTO

98282

İmişlidə yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı sürücü və üç nəfər sərnişin xəsarət alıb.

Bizim.Media xəbər verir ki, hadisə günorta saatlarında Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Göbəktala kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Nəsirov Sevindik Məhərrəm oğlu idarə etdiyi 99-ZU-786 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə avtomobil yoldan çıxıb.
Hadisə zamanı sürücü və avtomobildə olan 1998-ci il təvəllüdlü üç sərnişin, Rüstəmov Şəfi Etibar oğlu, Hüseynli Xankişi Tofiq oğlu, Şükürov Cahid Elçin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar İmişli rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO