Oğuz rayonunun Sincan kəndi ərazisində yerləşən metal qəbulu məntəqəsindən oğurluq edilib. Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkən obyektin kassasında olan 3000 manat pulun naməlum şəxs tərəfindən oğurlandığını bildirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu, əvvəllər həmin obyetdə işləyən Təvəkkül Salahlı tutularaq istintaqa təhvil verilib.
O, ifadəsində əməlini etiraf edib və ümumilikdə 4 dəfə müxtəlif vaxtlarda həmin məntəqəyə daxil olaraq pulları hissə-hissə oğurladığını bildirib.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.
Bizim.Media
![Polis Oğuzda əməliyyat keçirdi - TUTULAN VAR - FOTO Polis Oğuzda əməliyyat keçirdi - TUTULAN VAR - FOTO](https://bizim.media/file/articles/2022/10/09/1665309381_photo_2022-10-09_09-10-26.jpg)
- A-
- A
- A+
Cəmiyyət
13:59 / 09.10.2022
Polis Oğuzda əməliyyat keçirdi - TUTULAN VAR - FOTO
Hazırda oxunan: Polis Oğuzda əməliyyat keçirdi - TUTULAN VAR - FOTO
Hazırda oxunan: Polis Oğuzda əməliyyat keçirdi - TUTULAN VAR - FOTO
98252
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.