Orxan Zeynallı şəhidin arzusunu REALLAŞDIRDI - FOTO

Orxan Zeynallı şəhidin arzusunu REALLAŞDIRDI - FOTO

Hazırda oxunan: Orxan Zeynallı şəhidin arzusunu REALLAŞDIRDI - FOTO

98243

Amerikaya köçən və uzun müddətdən sonra Bakıya dönən keçmiş "H.O.S.T" qrupunun üzvü, repçi Orxan Zeynallı (AİD) Mingəçevirə yollanıb.

Bizim.Media xəbər verir ki, sənətçi səfərini İkinci Vətən müharibəsində şəhid olan Əzəmi Hüseynovla bağlı olduğunu açıqlayıb.

Əzəminin ailəsi ilə tanış olan Orxan onun məzarını ziyarət edib. Zeynallı ziyarət zamanı çəkilən fotoları sosial şəbəkə hesabında paylaşaraq, şəhidin repçi ilə olan arzusunu dilə gətirib.

"2 il öncə məhz bu gün, 8 oktyabr, Əzəmi Hüseynov döyüşdən öncə səngər yoldaşına bir gün mənimlə görüşməyi arzuladığını demişdi. Həmin gecə Əzəmi haqq dünyasına qovuşsa da, onun istəyini mənə çatdırdılar.

Ailəsi ilə də danışanda Azərbaycana gələr gəlməz onun məzarını ziyarət edəcəyimə söz vermişdim. Könül istərdi ki, Əzəmi ilə Mingəçeviri dostca gəzək, yemək yeyək və söhbət edək, lakin onun ehsanını yeyib ailəsinin, dostlarının onun gözəl ürəyi haqda danışıqlarını dinləmək qismət oldu. Əzəmi bətndə olarkən anası və bacıları Şuşanı məcbur tərk ediblər.
Özü isə 3 ay sonra dünyaya gəlib. 28 il sonra, Şuşa alınandan 1 ay öncə isə şəhid olub. Sənin ata yurdun sayəndə azaddır və bir igidin ömrü qədər çəkən həsrətə sənin kimi qəhrəmanlar son qoydu. Ruhun şad olsun, dostum!".

Qeyd edək ki, Orxan Amerikada olduğu zaman avqust ayında atası, tanınmış jurnalist Araz Zeynalovu itirib. 

Rəşad Əliyev, Bizim.Media










 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO