Bu gün Hadrutun işğaldan azad olunmasının ikinci ildönümüdür

Bu gün Hadrutun işğaldan azad olunmasının ikinci ildönümüdür

Hazırda oxunan: Bu gün Hadrutun işğaldan azad olunmasının ikinci ildönümüdür

98213

Bu gün Xocavənd rayonunun Hadrut qəsəbəsinin işğaldan azad olunduğu gündür.

Bizim.Media xatırladır ki, qəsəbənin azad olunmasından iki il ötür.

Belə ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Hadrut qəsəbəsi oktyabrın 9-da düşmən tapdağından azad edilib.

Qəsəbənin azad olunması xəbərini Azərbaycan xalqına Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev çatdırıb.

Həmin gün Hadrut qəsəbəsi ilə yanaşı, Çaylı, Yuxarı Güzlək, Gorazıllı, Qışlaq, Qaracallı, Əfəndilər, Süleymanlı və Sur kəndləri də düşmən işğalından azad olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən ilin oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib. Dövlət başçısı Hadrut qəsəbəsində yeni məscidin təməlini qoyub,

Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanış olub, 35 kilovotluq yeni “Hadrut” yarımstansiyasının təməlini qoyub.

Ötən il dekabr ayında da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Hadrut qəsəbəsində səfərdə olublar və burada hərbi hissənin açılışında iştirak ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO