BDU-nun tələbələri suşidən ZƏHƏRLƏNDİ 

BDU-nun tələbələri suşidən ZƏHƏRLƏNDİ 

Hazırda oxunan: BDU-nun tələbələri suşidən ZƏHƏRLƏNDİ 

98181

Bakı Dövlət Universitetinin (BDU) 4 tələbəsi suşidən zəhərlənib.

Bizim.Media xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Məlumata görə, 4 nəfərdən biri artıq evə buraxılıb, digər 3 nəfər isə müvafiq şöbəyə yerləşdirilib. Onların mədəsi yuyulub, sistem köçürülüb, vəziyyətləri orta-ağırdır.

KTM-dən bildirilib ki, 3 nəfərin də sabah ambulator müalicə üçün evə buraxılması gözlənilir. Zəhərlənmə diaqnozu ilə gətirilən hər 4 tələbə qızdır və eyni fakültənin tələbələridir.
Mərkəzdən həmçinin bildirilib ki, tələbələr ötən gün yedikləri suşidən zəhərləndiklərini söyləyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO