Dövlət Gömrük Komitəsində xidmətə qəbulla bağlı MÜSABİQƏ

Dövlət Gömrük Komitəsində xidmətə qəbulla bağlı MÜSABİQƏ

Hazırda oxunan: Dövlət Gömrük Komitəsində xidmətə qəbulla bağlı MÜSABİQƏ

98121

Dövlət Gömrük Komitəsi ərazi və ixtisaslaşmış gömrük idarələrində yaranmış vakant iş yerləri üçün xidmətə qəbulla bağlı müsabiqə keçirəcək. 

Bizim.Media Komitəyə istinadən xəbər verir ki, müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. 

Müsabiqənin test imtahanı mərhələsi üçün sənədlərin qəbulu 17 oktyabr saat 10:00-dan 21 oktyabr saat 18:00-a qədər aparılacaq. Test imtahanı 6 dekabrdan başlayaraq keçiriləcək. 
 
Test imtahanı mərhələsində iştirak etmək istəyən şəxslər Komitənin rəsmi internet səhifəsi üzərindən elektron formada müraciət edə bilərlər.
Ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür: 

//customs.gov.az/az/komite/xidmete-qebul

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO