Yollarda avtobusların gecikmə səbəbi - BNA açıqladı 

Yollarda avtobusların gecikmə səbəbi - BNA açıqladı 

Hazırda oxunan: Yollarda avtobusların gecikmə səbəbi - BNA açıqladı 

9800

Qara Qarayev prospekti-Məhəmməd Hadi küçəsi-Gəncə prospektində hər iki istiqamətdə avtobus zolaqları təşkil edilməsinə baxmayaraq əksər sürücülər tərəfindən qaydalara əməl olunmur.

Bizim.Media xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, nəqliyyat vasitələrinin avtobus zolağı boyunca hərəkəti, kütləvi qanunsuz parklanma halları müşahidə olunur:

"Bu səbəbdən gün ərzində bu ictimai nəqliyyat dəhlizindən keçən 43 marşrut xətti üzrə 700-dən çox avtobusun hərəkət qrafiki pozulur, intervallar gecikir".

"Nəticədə hər gün yüz minlərlə ictimai nəqliyyat istifadəçisi ciddi çətinliklərlə və vaxt itkisilə üzləşir. Sərnişinlərin səyahət müddəti lüzumsuz səbəbdən artır, dayanacaqlarda və avtobuslarda sıxlıqlar yaranır ki, bu da mövcud pandemiya şəraitində xüsusilə arzuolunmazdır".

Həmçinin bildirilib ki, zolaqların tələblərinin pozulması eyni zamanda ümumi nəqliyyat axınına da mənfi təsir edir, sıxlıq və tıxac hallarını artırır:

"Bir daha sürücülərdən xahiş edirik ki, zolaqlarla bağlı yol nişanının tələbinə əməl etsinlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO