Rüstəmxanlının oğlu klub prezidenti oldu

Rüstəmxanlının oğlu klub prezidenti oldu

Hazırda oxunan: Rüstəmxanlının oğlu klub prezidenti oldu

97979
"Azəryol" voleybol klubunun rəhbərliyində dəyişiklik baş verib

Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, klub prezidenti vəzifəsinə Cəmil Rüstəmxanlı seçilib. 

"Azəryol"un icraçı direktoru Yusif Atakişiyev, baş məşqçisi isə Aleksandr Çervyakov olub. Klubun sabiq icraçı direktoru Zöhrab Gözəlbəyli "Azərreyl" klubunda eyni vəzifədə işə başlayıb. Baş məşqçi vəzifəsi isə Bülent Karslıoğluna tapşırılıb. Amma "dəmiryolçular"ın yeni prezidenti hələ dəqiqləşməyib.

Qeyd edək ki, Cəmil Rüstəmxanlı "Azəryolservis" ASC-nin sədr müavini vəzifəsində çalışır. O, xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının oğludur. (report.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO