Oliqarx medianı hədələyir

Oliqarx medianı hədələyir

Hazırda oxunan: Oliqarx medianı hədələyir

97976
Bu gün da Nizami rayon Məhkəməsində ARDNŞ-in vitse-prezidenti Mikayıl İsmayılovun "Yeni Müsavat" qəzetinə qarşı iddiasına baxılıb. Hakim Rəfael Əliyevin sədrliyi ilə keçən prosesdə hakim çəkilişə icazə verməyib.xa0

Hazırlıq iclasında qəzeti hüquqşünas Vaqif Hüseyn təmsil edib. O, bildirib ki, iddianı qəbul etmir: "Bu, söz azadlığının pozulmasıdır".xa0

Həmçinin, iddiaya səbəb olan yazılarda adı çəkilən və məhkəməyə verilən vətəndaş Cavanşir Musayev də iddianı qəbul etmədiyini bildirib.

M.İsmayılovun iddiasına iki yazı səbəb olub: "Ağsuda vətəndaşları icarə obyektlərindən zorla çıxarırlar", "Dövlət başçısına şikayət edən Ağsu sakini hədələnir". Yazıda adı çəkilən şikayətçi Cavanşir Musayev də məhkəməyə verilib.

Qeyd edək ki, M.İsmayılov "Yeni Müsavat"ı, onun xəbərini verən "xalqxeber.az"ı məhkəməyə verib. O, şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatların təkzib edilməsini və ondan üzr istənilməsini tələb edir.

V.Hüseyn bildirib ki, iddia ərizəsi düzgün tərtib olunmayıb: "Ərizədə Mikayıl İsmayılov poçt ünvanı kimi öz ünvanını göstərməyib. Biz nə bilək ki, bu, ARDNŞ-in vitse-prezidenti olan Mikayıl İsmayılovdur?". Hakim isə onunla razılaşmayıb və iddianı geri qaytarmayıb. Cavabdehlərdən "xalqxeber" saytı məhkəməyə gəlmədiyi üçün proses sentyabrın 30-dək təxirə salınıb.

V.Hüseynin verdiyi son xəbərə görə, hakim "Yeni Müsavat"ın hüquqi qeydiyyatının Xətai rayonunda olduğunu əsas gətirərək işi baxılması üçün Xətai rayon Məhkəməsinə göndərib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO