Heydər Əliyevin xatirəsinə həsr olunan yarış başlayır

Heydər Əliyevin xatirəsinə həsr olunan yarış başlayır

Hazırda oxunan: Heydər Əliyevin xatirəsinə həsr olunan yarış başlayır

97971
Oktyabr ayının 1-də Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kikboksinq Federasiyasının, Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş kişilər arasında peşəkar kikboksinq turniri keçiriləcək. xa0xa0

Turnirlə bağlı Axar.az-a məlumat verən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev bu kimi tədbirlərin keçirilməsinin cəmiyyətdə vətənpərvərlik ruhunu və bölgələrdə gənclər arasında idmana olan marağı artırmağa hesablandığını qeyd edib. xa0xa0

“Tədbir ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunacaq. Yarışa peşəkar idmançılar qatılacaq. Hesab edirəm ki, bu kimi tədbirlər kikboksinqin bölgələrdə inkişafına səbəb olacaq və ümumiyyətlə, gənclər arasında idmana marağın artmasına təkan verəcək. Bu yarışda həmçinin, AKF-nin təqdim planına əsasən 2015-2016-ci illərdə beynəlxalq yarışlarda iştirak edəcək peşəkarlararası yığma komandanın tərkibi müəyyən ediləcək”x9d. xa0 Qeyd edək ki, xatirə turniri saat 12:00-da Ağdam Olimpiya Kompleksində baş tutacaq.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO