Bakıda şagirdin döyüldüyü 112 nömrəli məktəbin direktor vəzifəsinin icrası başqa şəxsə tapşırılıb.
Bu barədə məlumatı Bizim.Media-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat katibi Bəşarət Məmmədov verib:
“Bakı şəhəri 112 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Lətifə Mustafayeva həmin məktəbin direktoru vəzifəsi üzrə əmək funksiyalarını müvəqqəti icra edirdi. Məktəbin şagirdləri arasında baş vermiş insidentlə bağlı aparılan araşdırma çərçivəsində məktəbin direktoru vəzifəsinin müvəqqəti icrası digər şəxsə həvalə edilib. Öz növbəsində Lətifə Mustafayeva həmin məktəbdə direktor müavini vəzifəsini yerinə yetirir”.
Qeyd edək ki, sözügedən məktəbdə direktor əvəzi vəzifəsi Lətifə Mustafayevaya həvalə olunmuşdu. Xanım işdən çıxarılmayıb, sadəcə öz vəzifəsinə - orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini işinə qaytarılıb.
Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə Bakıda 112 saylı orta məktəbin sinif otağında şagirdin sinif yoldaşı tərəfindən döyülməsı ilə bağlı videogörüntülər yayılmışdı.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:17 / 07.10.2022
Şagirdin döyüldüyü məktəbə yeni direktor əvəzi TƏYİN OLUNDU – RƏSMİ
Hazırda oxunan: Şagirdin döyüldüyü məktəbə yeni direktor əvəzi TƏYİN OLUNDU – RƏSMİ
Hazırda oxunan: Şagirdin döyüldüyü məktəbə yeni direktor əvəzi TƏYİN OLUNDU – RƏSMİ
97967
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.