Paytaxtda mənzillərə istilik nə zaman veriləcək? - RƏSMİ AÇIQLAMA

Paytaxtda mənzillərə istilik nə zaman veriləcək? - RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Paytaxtda mənzillərə istilik nə zaman veriləcək? - RƏSMİ AÇIQLAMA

97930

İstilik mövsümünün başlanılması dağ rayonlarında 1 noyabr, Bakı şəhəri və digər rayonlarda 15 noyabr tarixindən nəzərdə tutulur. 

Bizim.Media “Azəristiliktəchizatı” ASC-yə istinadən xəbər verir ki, istilik mövsümü qanunvericiliklə tənzimlənir və qurum qanunvericliyə uyğun olaraq zamanında istilik xidmətini işə salır. 

“Azəristiliktəchizat” ASC şirkəti Bakı şəhəri və respublikanın digər regionlarında balansında olan 563 qazanxana və 88 istilik məntəqəsi vasitəsi ilə 3879 yaşayış binası, 180 minə yaxın mənzil, 280 məktəb, 160 uşaq bağçası, 164 səhiyyə müəssiəsi və 2052 sosial və təsərrüfat obyektləri istiliklə təmin edir.

Şirkət isti su təchizatı xidmətləri çərçivəsində Bakı şəhərində və 43 qazanxana vasitəsilə 3775 mənzilli 73 yaşayış binasında 16 min nəfərə yaxın sakini, 75 sosial və digər təsərrüfat obyektini isti su ilə təmin edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO