Aprel döyüşlərində mülki obyektlərə nə qədər ziyan dəyib?

Aprel döyüşlərində mülki obyektlərə nə qədər ziyan dəyib?

Hazırda oxunan: Aprel döyüşlərində mülki obyektlərə nə qədər ziyan dəyib?

97720

2016-cı ilin aprel ayının 2-dən 28-dək olan müddət ərzində atəşkəs rejimi pozulmaqla Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarına hücum edilməsi ilə əlaqədar 6 nəfər mülki şəxs qəsdən öldürülüb, 29 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, mülki obyektlərə 3.680.336 manat məbləğində maddi ziyan vurulub.

Bizim.Media xəbər verir ki, bu barədə Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov "Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bugünədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair" Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə deyib.

O bildirib ki, Azərbaycan Respublikası və Ermənistan qoşunlarının təmas xəttində düşmən hərbi birləşmələri tərəfindən 2016-cı ilin aprel ayının 2-dən 28-dək olan müddət ərzində atəşkəs rejiminin pozulmaqla Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarına hücum edilməsi ilə əlaqədar törədilmiş çoxsaylı cinayət faktlarına dair 35 cinayət işi başlanaraq ibtidai istintaq aparılıb:

“2016-cı ilin aprel ayında erməni təcavüzü nəticəsində 90 hərbi qulluqçu öldürülüb, 333 hərbi qulluqçunun öldürülməsinə cəhd edilib.

2020-ci ilin iyul ayının 14-16-sı tarixlərində Tovuz və Qazax rayonları ərazisinin müxtəlif odlu silahdan və minaatanlardan atəşə tutulması ilə 1 nəfər ölüb, Qazax rayonunda 6 nəfər mülki şəxsə maddi ziyan dəyib, Tovuz rayonunun sakinlərindən 65 nəfərə evlərinin dağılması nəticəsində müxtəlif məbləğlərdə maddi ziyan dəyib.
Qeyd olunan faktlar üzrə 4 cinayət işi başlanaraq ibtidai istintaq aparılıb”.

İlqar Səfərov deyib ki, 2020-ci ilin iyul ayında dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni təcavüzü nəticəsində 12 hərbi qulluqçu qəsdən öldürülüb, 65 hərbi qulluqçu öldürülməyə cəhd edilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO