Siyəzəndə xəsarət alan sürücünün kimliyi açıqlandı – YENİLƏNİB

Siyəzəndə xəsarət alan sürücünün kimliyi açıqlandı – YENİLƏNİB

Hazırda oxunan: Siyəzəndə xəsarət alan sürücünün kimliyi açıqlandı – YENİLƏNİB

97669

Siyəzəndə avtomobili yük maşınına çırpılan sürücünün kimliyi bəlli olub.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, bu, Siyəzən rayonunun Yenikənd kənd sakini, 26 yaşlı Ələkbər Şakir oğlu Əsgərovdur.

Ona xəstəxanada döş qəfəsinin küt travması, sol körpücük sümüyünün qəlpəli  qapalı sınığı, soldan 1-ci və 2-ci qabırğaların yerini dəyişən qapalı sınığı diaqnozları qoyulub.

***09:44

Siyəzəndə Bakı-Quba yolunun Siyəzən rayonundan keçən hissəsində minik avtomobili yük maşınına çırpılıb.

Bizim.Media xəbər verir ki, “VAZ-2109" markalı avtomobil Bakı istiqamətinə gedərkən "DAF" markalı yük maşınına dəyib.

Nəticədə "VAZ-2109" yararsız hala düşüb.

Hələlik adı açıqlanmayan sürücü Siyəzən Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb, hazırda ona ilk yardım göstərilir.

Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma başlanılıb.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO