Ermənilərin Kəlbəcər və Daşkəsəndə basdırdığı 230 mina zərərsizləşdirildi – MN 

Ermənilərin Kəlbəcər və Daşkəsəndə basdırdığı 230 mina zərərsizləşdirildi – MN 

Hazırda oxunan: Ermənilərin Kəlbəcər və Daşkəsəndə basdırdığı 230 mina zərərsizləşdirildi – MN 

97586

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam etdirilir. 

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, erməni diversiya qruplarının Kəlbəcər rayonu ərazisində basdırdığı növbəti 118 ədəd PMN-Э tipli piyada əleyhinə və 4 ədəd TM-62M tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazisində 108 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar olunub. 

Aşkar edilən bütün minalar mühəndis-istehkamçılarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. 

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini yüksək peşəkarlıqla icra edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO