Xarici jurnalistlər Gəncədə raket düşən ərazini ziyarət etdi – FOTO 

Xarici jurnalistlər Gəncədə raket düşən ərazini ziyarət etdi – FOTO 

Hazırda oxunan: Xarici jurnalistlər Gəncədə raket düşən ərazini ziyarət etdi – FOTO 

97520

Bu gün Serbiya, Xorvatiya, İordaniya, Monteneqro və Türkiyədən olan KİV nümayəndələri Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə olublar.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, jurnalistlər və bloqerlər günahsız mülki insanlara qarşı həyata keçirilmiş hərbi cinayətlərin nəticələri ilə yerində tanış olub, 44 günlük Vətən müharibəsi zamanı ballistik raketlə hədəf alınan yaşayış massivinə baş çəkiblər.  

Qonaqlara məlumat verilib ki, işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyasını pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutub.
KİV nümayəndələrinin diqqətinə çatdırılıb ki, Ermənistan ordusunun Gəncədə törətdiyi terror cinayəti nəticəsində aralarında uşaq, qadın və yaşlıların da olduğu 26 nəfər həlak olmuş, 175 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO