Leyla Abdullayevadan Edillidəki kütləvi məzarlıqla bağlı PAYLAŞIM – FOTO  

Leyla Abdullayevadan Edillidəki kütləvi məzarlıqla bağlı PAYLAŞIM – FOTO  

Hazırda oxunan: Leyla Abdullayevadan Edillidəki kütləvi məzarlıqla bağlı PAYLAŞIM – FOTO  

97410

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Xocavəndin Edilli kəndində aşkarlanmış kütləvi məzarlıqla bağlı şəxsi “Twitter“ hesabında paylaşım edib. 

Bizim.Media xəbər verir ki, XİN sözçüsü Birinci Qarabağ müharibəsindən bəri 4000 azərbaycanlının itkin düşdüyünü, onların çoxunun işgəncəyə məruz qaldığını və öldürüldüyünü qeyd edib. 

“Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində daha bir kütləvi məzar – hərbçi olduğu müəyyənləşdirilən 12 nəfərin qalıqları aşkarlanıb. Müharibə cinayətləri ilə bağlı danışanların nəzərinə: Birinci Qarabağ müharibəsindən bəri 4000 azərbaycanlı itkin düşüb, onlardan çoxu işgəncəyə məruz qalıb, öldürülüb və kütləvi məzarlarda dəfn edilib”, - Leyla Abdullayeva qeyd edib. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO