Axtarışa verilən sabiq icra başçısı həbs edildi

Axtarışa verilən sabiq icra başçısı həbs edildi

Hazırda oxunan: Axtarışa verilən sabiq icra başçısı həbs edildi

97373

Qubadlı rayonunun sabiq icra başçısı Elxan Nuriyev Polşada həbs edilib.

Bizim.Media Qafqazinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan tərəfindən İnterpol xətti ilə beynəlxalq axtarışa verilmiş 1962-ci il təvəllüdlü Elxan Piri oğlu Nuriyev Polşada tutulub.

Hazırda Ukrayna vətəndaşı olan sabiq icra başçısının Azərbaycan CM-nin 120 və 309-cu maddələri ilə ittiham edildiyi və barəsində məhkəmə tərəfindən həbs qərarının çıxarıldığı bildirilib.
Qeyd edək ki, 1992-ci ildə mərhum Prezident Əbülfəz Elçibəyin fərmanı ilə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Gəncə qiyamından bir müddət sonra yenidən Ukraynaya qayıdıb. O, 22 avqust 1993-cü ildə Qubadlı RİH başçısı vəzifəsindən azad edilib.

Bir neçə il əvvəl Ukrayna prezidenti Petro Poroşenkonun sərəncamı ilə Ukrayna təhsil nazirinin müşaviri və Ukrayna rektorların attestasiya komissiyasının sədri vəzifəsinə təyin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO