Dövlət sərhədini pozan 8 nəfər saxlanılıb - FOTO

Dövlət sərhədini pozan 8 nəfər saxlanılıb - FOTO

Hazırda oxunan: Dövlət sərhədini pozan 8 nəfər saxlanılıb - FOTO

97323

Oktyabr ayının 3-də saat 03:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən Gürcüstan Respublikasından Azərbaycan Respublikası istiqamətində naməlum şəxslər tərəfindən dövlət sərhədinin pozulması müşahidə edilib.

Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən Bizim.Media-ya, sərhəd zastavası dərhal “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb və dövlət sərhədini pozmağa cəhd göstərən 7-i azyaşlı olmaqla, 8 nəfər Azərbaycan vətəndaşları saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin dilənmək məqsədilə dövlət sərhədindən qanunsuz keçməyə cəhd göstərdikləri məlum olub.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO