Qarabağ üzrə məlumatlar tanınmış naviqasiya saytlarına inteqrasiya olunur

Qarabağ üzrə məlumatlar tanınmış naviqasiya saytlarına inteqrasiya olunur

Hazırda oxunan: Qarabağ üzrə məlumatlar tanınmış naviqasiya saytlarına inteqrasiya olunur

97298

Türkiyənin “4MAPS Bilgi Teknologileri” şirkəti İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə işğaldan azad olunmuş ərazilərin yol şəbəkələrinin rəqəmsallaşdırılmasında, küçə, yaşayış məntəqələrinin adlarının beynəlxalq xəritə platformalarında Azərbaycan dilində göstərilməsində dəstək olub.

Bizim.Media bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, şirkət həmin ərazilərdə kadastr və ünvan reyestri istiqamətində işlər aparır, topoqrafik və geometrik məlumatlar xəritəçəkmə xidmətləri göstərən beynəlxalq saytlara inteqrasiya olunur.
Bunlardan biri “Amazon”, “Booking.com”, “Mercedes”, “Audi” kimi dünyaca məşhur şirkətlərə xidmət göstərən “Here Global B.V.” şirkətidir.

Hazırda işğaldan azad olunmuş ərazilərdə “Lidar True System” tətbiqi ilə yolların, yol şəbəkələrinin 360 dərəcəli kameralar vasitəsilə 3D xəritəsi hazırlanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO