Məktəb qarşısında “şəhid ehsanı” adı ilə şagirdlərə narkotik PAYLANIR? – ŞOK FOTO 

Məktəb qarşısında “şəhid ehsanı” adı ilə şagirdlərə narkotik PAYLANIR? – ŞOK FOTO 

Hazırda oxunan: Məktəb qarşısında “şəhid ehsanı” adı ilə şagirdlərə narkotik PAYLANIR? – ŞOK FOTO 

97292

Paytaxt məktəblərində dərs çıxışı zamanı şagirdlərə narkotik tərkibli həblərin paylanması iddia olunur.

Bununla bağlı “Vatsap” qrupunda məlumat yayılıb. Bildirilib ki, konfet formasında olan bu həblər uşaqlara qara çadralı qadın tərəfindən “şəhid ehsanı” adı ilə paylanılır.

İddialara görə belə bir hal bu günlərdə Xətai rayonu 95 saylı məktəbin qarşısında baş verib. Qara hicablı qadın konfeti şagirdə uzadıb.

Məktəbli götürmək istəməsə də, təkidlə əlinə tutuşdirib və “şəhid ehsanıdır, ruhu səndən inciyər” deyə götürmək üçün israr edib. Uşaq konfeti götürsə də, yeməyib və evə gətirərək anasına verib. Ana içərisindəkinin tərkibindən şübhələndiyi üçün ərazidəki polis şöbəsinə yaxınlaşıb. Hazırda məsələ araşdırılır.
Məlumat “Vatsap” qrupunda yayıldığı üçün valideynlər arasında ciddi narahatlıq başlayıb.

Məsələ Daxili İşlər Nazirliyində araşdırılır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO