Regionlarda insan alveri qurbanları üçün sığınacaqlar yaradılmalıdır - DİN

Regionlarda insan alveri qurbanları üçün sığınacaqlar yaradılmalıdır - DİN

Hazırda oxunan: Regionlarda insan alveri qurbanları üçün sığınacaqlar yaradılmalıdır - DİN

97289

“Regionlarda və ucqar rayonlarda insan alveri qurbanları üçün sığınacaqların yaradılması lazımdır. Bununla bağlı təkliflər vermişik. Sığınacaqların çoxu Bakıdadır. Biz istəyirik ki, regionlarda QHT-lər və dövlət qurumlarının köməkliyi ilə sığınacaqlar yaradılsın".

Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə idarəsinin rəisi, general-mayor Həzi Aslanov İnsan Alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planının həyata keçirilməsinə həsr olunan dəyirmi masada deyib.

İdarə rəisi bildirib ki, Daxili İşlər Nazirliyinin də insan alveri qurbanları üçün sığınacaqları mövcuddur:

"Lakin sığınacaqlarımız sırf cinayət törədən, cinayət nəticəsində qurbanlara aid olur. Digər əməkdaşlıq etdiyimiz qurumlardan da bizə müraciətlər daxil olur.
Biz köməklik məqsədi ilə qurbanların saxlanmasına yardım edirik. Regionlarda və ucqar rayonlara sığınacaqlar olmalıdır. Məncə, bu məsələ çox aktualdır. Maraqlı olan qurumlar bu məsələyə yenidən baxsalar, pis olmaz".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO