Balın heç vaxt xarab olmadığını BİLİRDİNİZMİ? - SƏBƏBİ 

Balın heç vaxt xarab olmadığını BİLİRDİNİZMİ? - SƏBƏBİ 

Hazırda oxunan: Balın heç vaxt xarab olmadığını BİLİRDİNİZMİ? - SƏBƏBİ 

97231

Bal min bir dərdin dərmanı olmaqla yanaşı, sehrli ləzzət növlərindən hesab edilir. Belə ki, ləziz dadından əlavə, demək olar ki, xarab olmayan, həmişə yeməli vəziyyətdə qalan yeganə məhsuldur.  

Bəs balın xarab olmamasının səbəbi nədir? 

Kaliforniya Universitetinin Robert Mondavi İnstitutunun “Bal və Tozlandırma Araşdırmaları Mərkəzi”nin icraçı direktoru Amina Harrisin sözlərinə görə təbii balın nəmlik dərəcəsi çox aşağıdır: 

“Balın əsas tərkibi şəkərdən ibarətdir. Şəkərlər isə hiqroskopikdir, yəni onların tərkibində maye çox az olur. Aşağı rütubətli bir mühitdə isə çox az növdə bakteriyalar yaşaya bilir. Bir sözlə, bal onları boğur”.  

Mikroorqanizmlərin balda yaşaya bilməməsi isə bu məhsulun xarab olmaması demeəkdir. 

Bundan əlavə, bal digər şəkərlərdən turşuluğuna görə fərqlənir. Belə ki, balın ph səviyyəsi 3 ilə 4,5 arasında dəyişir və bu da balı xarab edə biləcək bütün bakteriyaları məhv edir.  

Bundan əlavə, balın tərkibində mayenin az olmasına arılar səbəb olur. Belə ki, arılar balın saxlanma müddətini artırmağa kömək edən nektarları mədələrindən süzərək ifraz edirlər.

Arıların mədələrində qlükoza oksidaz fermenti mövcuddur. Bu  qlükonik turşu və hidrogen peroksid yaratmaq üçün lazım olan ferment və nektar bir-birinə qarışır. Hidrogen peroksid də balı xarab edən bütün mikroorqanizmləri öldürür. 
Balın uzun müddət saxlanmasına kristallaşma da ("şəkərlənmə") kömək edir. Kristallanmış bal xarab sayılmır və onu yemək olar. Belə bal 5°C-dən yuxarı qızdırıldıqda, əriyərək yenidən maye halına gəlir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO