Xaricdə təhsil alanları Azərbaycanda nələr gözləyir...?

Xaricdə təhsil alanları Azərbaycanda nələr gözləyir...?

Hazırda oxunan: Xaricdə təhsil alanları Azərbaycanda nələr gözləyir...?

97195
Xaricdə ali təhsil almış bəzi insanların üzləşdikləri əsas problem diplomların tanınmaması ilə bağlı olur. Nazirlik tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, hələ də diplomu tanınmayan universitetdə təhsil alan tələbələr var.

Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, bu sahədə ciddi yenilik olacaq. Daha dəqiq desək, diplomu Azərbaycan hökuməti tərəfindən tanınan xarici universitetlərin siyahısı təsdiq olunacaq. Söhbət xaricdə təhsil alan bəzi insanların diplomlarının ölkəmizdə tanınmamasından gedir. Universitetə qəbul olunmazdan əvvəl alacaqları diplomun legitimliyi haqqında düşünməyənlər bunun ziyanını bir ömür boyu çəkməyə məcbur olurlar. Həm vaxtları gedir, həm də pulları.

Bu gün bir çox xarici universitetlər attestatla qəbul elan edir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təqdim etdiyi testdən keçə bilməyənlər üçün bu, əsl fürsət deməkdir. Məhz bu səbəbdən dəxaricdə qəbul qaydaları yerli tələbələr üçün çətin, xaricilər üçün isə sadəcə attestatla qəbul qədər asan olur. Bu halların qarşısını almaq üçün yeni layihə hazırlanıb. Ölkəmizdə cəmi 680 xarici universitetin diplomu tanınacaq. Artıq layihə Nazirlər Kabinetinə təqdim olunub.

Xaricə üz tutanların əksəriyyəti ödənişli əsaslarla təhsil alırlar. Elə isə sual yaranır: məgər bizdə ödənişli universitetlər yoxdur? Əgər qəbulda az bal toplaya bilirlərsə, niyə onlar xarici seçirlər?
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO