Dünyaca məşhur şou ARB TV-də yayımlanacaq - VİDEO 

Dünyaca məşhur şou ARB TV-də yayımlanacaq - VİDEO 

Hazırda oxunan: Dünyaca məşhur şou ARB TV-də yayımlanacaq - VİDEO 

97147

ARB TV  yeni mövsümə “Aclıq oyunları” adlanan uğurlu bir layihə ilə start verir.

Bizim.Media xəbər verir ki, Ehtiram Fərzəlibəyovun təqdimatında olan “Aclıq oyunları” realiti şousu bir-birindən fərqli buraxılışlar ilə yayımlanacaq.

Müxtəlif məkanlarda baş tutacaq buraxılışlarda dünya mətbəxinin ləziz təamları Azərbaycan mətbəxinə uyğun tərzdə təqdim olunacaq.

Belə ki, studiya şəraitində yemək bişirmək, vəhşi təbiyyətdə ərzaq tapıb yemək hazırlamaq, küçə yeməklərinin (streetfood) və s.  hər birinin mükəmməl şəkildə təqdim olunması nəzərdə tutulur. Verilişdə peşəkar aşpazlar master-klass keçəcəklər.

İştrakçıların qatıldığı realiti şounun qalibi seçim əsasında aparılacaq.  Sonda qalib 15 min manat pul mükafatı və Azərbaycan Milli Kulinariya Assosiasiyasının diplomu ilə təltif ediləcək. 
 
Qeyd edək ki, “Aclıq oyunları” realiti şousu oktyabr ayının 7-sindən etibarən həftənin şənbə və bazar günləri saat 18:00-da efirə gedəcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO