Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu barədə informasiyanı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupu yayıb.
Mənbə yazır ki, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qanunla qadağan edilməsinə baxmayaraq konstruksiya dəyişikliyi edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub.
Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.
Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.
Reydlər zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən Şahin Məmmədov və Fərid Məmmədli barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati qaydada həbs edilib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- A-
- A
- A+
Cəmiyyət
14:29 / 03.10.2022
Gəncədə narkotik çəkən sürücülər həbs olundu – FOTO
Hazırda oxunan: Gəncədə narkotik çəkən sürücülər həbs olundu – FOTO
Hazırda oxunan: Gəncədə narkotik çəkən sürücülər həbs olundu – FOTO
97116
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.