Azərbaycanlı alim Beynəlxalq Astronavtika Konqresində iştirak etdi

Azərbaycanlı alim Beynəlxalq Astronavtika Konqresində iştirak etdi

Hazırda oxunan: Azərbaycanlı alim Beynəlxalq Astronavtika Konqresində iştirak etdi

96989

Bakı Mühəndislik Universitetinin (BMU) Fizika kafedrasının professoru, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru Vəli Hüseynov Fransanın Paris şəhərində keçirilmiş 73-cü Beynəlxalq Astronavtika Konqresində iştirak edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Mənbə yazır ki, Beynəlxalq Astronavtika Federasiyasının təşkilatçılığı, Fransa Milli Kosmik Tədqiqatlar Mərkəzinin ev sahibliyi ilə keçirilən tədbirə 90-a yaxın ölkədən 6500-dən artıq nümayəndə qatılıb.

Konqresdə 3500-dən çox elmi məruzə, o cümlədən 800-dən artıq interaktiv təqdimat dinlənilib.

V.Hüseynov konqresdə “Kosmik relikt neytrino siqnallarının detektə olunmasının mümkünlüyü və relikt neytrino teleskopunun qurulmasına doğru qapı“ mövzusunda elmi məruzə ilə çıxış edib. BMU əməkdaşının elmi nəticələri tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Konqresdə V.Hüseynov interaktiv təqdimatla da (“Kosmik relikt neytrinoların enerjisinin gücləndirilməsi”) çıxış edib. Alim ikinci elmi işində olduqca aşağı enerjiyə malik olan kosmik relikt neytrinoların enerjisinin gücləndiyi fiziki şəraiti aşkarlayıb.

Eyni zamanda elmi tədqiqatla sübut edib ki, kosmik relikt neytrinoların enerjisini yüzlərlə qiqaelektronvolta qədər gücləndirmək və kosmik relikt neytrinolardan istifadə etməklə enerjini çox böyük kosmik məsafələrə ötürmək mümkündür.

V.Hüseynovun bu elmi təqdimatı konqresin Proqram Komitəsi tərəfindən baxılmış 800-dən artıq elmi işin arasından seçilərək, ən yaxşı 80 işin sırasına daxil edilib.

Qeyd edək ki, Beynəlxalq Astronavtika Federasiyasının növbəti, sayca 74-cü konqresi Azərbaycanda keçiriləcək. Bakı ilk dəfə 1973-cü ildə bu mötəbər konqresə ev sahibliyi edib və 50 ildən sonra qlobal kosmos ictimaiyyəti yenidən ölkəmizə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO