Qubada ƏMƏLİYYAT: 9 nəfər saxlanılıb - FOTO

Qubada ƏMƏLİYYAT: 9 nəfər saxlanılıb - FOTO

Hazırda oxunan: Qubada ƏMƏLİYYAT: 9 nəfər saxlanılıb - FOTO

96835

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakinləri Nazim Əzizov, Təyyar Mirzəyev, Elçin Əliyev və Xaçmaz rayon sakini Mehdi Bayramov saxlanılıblar. Həmin şəxslərin üzərlərinə və yaşadıqları evlərə baxış keçirilən zaman ümumi çəkisi 2 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri Cəmil Abdullayev, Ruslan Əliyev, Bilal Muradov, Taleh Atakişiyev, və Firdovsi Şirinov saxlanılıblar.

Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan marixuana, heroin və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Bütün faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO