Mülki prokurorluqlar Qarabağın bu ərazilərində yerləşir - RƏSMİ 

Mülki prokurorluqlar Qarabağın bu ərazilərində yerləşir - RƏSMİ 

Hazırda oxunan: Mülki prokurorluqlar Qarabağın bu ərazilərində yerləşir - RƏSMİ 

96829

Artıq işğaldan azad olunmuş ərazilərdə mülki əhali var, işləyirlər, o cümlədən bizim hərbçilərin ailələri oradadır, infrastruktur layihələri var. Ona görə də biz qərara aldıq ki, mülki prokurorluğun da işğaldan azad olunmuş ərazilərə mərhələli şəkildə, növbətçilik əsasında qayıtması zəruridir.

Bizim.Media-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, mülki prokurorluqlar əsasən işğaldan azad olunmuş rayonların əhalisinin kompakt yaşadığı yerlərdə yerləşir.

"Eyni zamanda, biz növbətçillik əsasında əməkdaşlarımızı həmin rayonlara göndərmişik. Həmin yerlərdə də bütün şərait, infrastruktur yaradılıb, öz fəaliyyətlərini həyata keçirirlər.
Həmçinin, Azərbaycan Prezidentinin 2021-ci il aprel ayında imzaladığı fərmanla yeni Qubadlı və Kəlbəcər hərbi prokurorluqları yaradılıb, yeni ştatlar müəyyənləşib. Bu gün bizim işğaldan azad olunmuş ərazilərdə kifayət qədər kadr potensialımız var”, - deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO