ŞAD XƏBƏR: Oktyabrda orta aylıq temperatur iqlim normasına yaxın olacaq

ŞAD XƏBƏR: Oktyabrda orta aylıq temperatur iqlim normasına yaxın olacaq

Hazırda oxunan: ŞAD XƏBƏR: Oktyabrda orta aylıq temperatur iqlim normasına yaxın olacaq

96821

Oktyabr ayında havanın orta aylıq temperaturu iqlim normasına yaxın olacağı gözlənilir. 

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.

Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçəcəyi ehtimal edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumatda bildirilir ki, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 15-17° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. 

Havanın temperaturunun gecələr 12-17° isti, gündüzlər 17-22° isti, ayın ilk günlərində 25-28° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı bildirilir (norma 26-40 millimetr).

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 13-17° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 9-14°, gündüzlər 16-21° isti, ayın ilk günlərində 25-30° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir (norma 19-32 millimetr).
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 8-12° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 3-8°, gündüzlər 11-16° isti, ayın ilk günlərində 20-25° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı bildirilir (norma 49-56 millimetr).

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturu 13-15° isti olacaq.

Bu da iqlim norması daxilindədir. Havanın temperaturunun gecələr 9-14°, gündüzlər 15-20° isti, ayın ilk günlərində 23-28° isti olacağı gözlənilir.

 Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacaq (norma 31-61 millimetr).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 11-14° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir.
Havanın temperaturu gecələr 9-14° isti, dağlarda 1-6°, gündüzlər 15-20° isti, ayın ilk günlərində 23-28° isti olacağı bildirilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər çox olacağı proqnozlaşdırılır (norma 33-126 millimetr).

Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturu 15-17° isti olacaq. Bu da iqlim norması daxilindədir.

Havanın temperaturu gecələr 12-17°, gündüzlər 18-23° isti, ayın ilk günlərində 25-30° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 31-46 millimetr).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 11-16° isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim norması daxilindədir.

Havanın temperaturunun gecələr 11-16° isti, gündüzlər 18-23° isti, ayın ilk günlərində 25-28° dərəcə isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal edilir (norma 96-274 millimetr).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO