“Xocalı soyqırımında iştirak etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün oldu” - Baş Prokuror 

“Xocalı soyqırımında iştirak etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün oldu” - Baş Prokuror 

Hazırda oxunan: “Xocalı soyqırımında iştirak etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün oldu” - Baş Prokuror 

96815

“Xocalı soyqırımında iştirak etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün oldu”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Baş Prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistanın törətdiyi cinayətlərlə bağlı mütəmadi cinayət işləri başlanılır və müəyyən edilən təqsirli şəxslər barəsində beynəlxalq axtarış elan edilir:

“Təbii ki, bəzən həmin şəxslərin Azərbaycana ekstradisiya edilməsi, istintaqa cəlb edilməsində müəyyən çətinliklər yaşanır. Bütün bunlara baxmayaraq, Vətən müharibəsindən sonra bir neçə cinayət törətmiş şəxsləri tapdıq, istintaqa cəlb etdik”. 

K.Əliyev vurğulayıb ki, hətta Xocalı soyqırımında iştirak etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi mümkün oldu:

“Bu məsələnin başqa bir üstünlüyü ondan ibarətdir ki, Azərbaycan beynəlxalq məhkəmələrdə, xüsusən beynəlxalq ədalət məhkəməsində Ermənistana qarşı qaldırdığı iddiaların irəli sürülməsində istintaq zamanı əldə sübutlardan istifadə olunub”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO