Baydendən mühüm qərar:

Baydendən mühüm qərar: "Cinsiyyət hərbi xidmətə mane olmamalıdır"

Hazırda oxunan: Baydendən mühüm qərar: "Cinsiyyət hərbi xidmətə mane olmamalıdır"

9681

ABŞ prezidenti Co Bayden sələfi Donald Trampın ABŞ Silahlı Qüvvələrində transgenderlərin xidmətinə qoyduğu qadağanı ləğv edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Prezidentin bu gün imzaladığı sərəncama əsasən ABŞ Silahlı Qüvvələrində xidmət üçün uyğun olan hər bir amerikalı bunu edə biləcək. Co Bayden inanır ki, cinsiyyət hərbi xidmətə mane olmamalıdır” - deyə, məlumatda qeyd olunub.

Qeyd edək ki, Ağ Evə gəldikdən qısa müddət sonra keçmiş prezident Donald Tramp transgenderlərin ABŞ ordusunda hər hansı bir vəzifəyə sahib olmasına qarşı olduğunu bəyan etmişdi.

2019-cu ildə ABŞ Müdafiə Nazirliyi transgenderlərin əksəriyyətinin ABŞ ordusunda xidmət etməsini qadağan edən direktiv imzaladı. (report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO