Azərbaycan bayrağına hörmətsizlik edən şəhid övladı CƏZALANDIRILDI -  RƏSMİ

Azərbaycan bayrağına hörmətsizlik edən şəhid övladı CƏZALANDIRILDI -  RƏSMİ

Hazırda oxunan: Azərbaycan bayrağına hörmətsizlik edən şəhid övladı CƏZALANDIRILDI -  RƏSMİ

96657

Bərdə Rayon İcra Hakimiyyəti Azərbaycan bayrağına hörmətsizlik edən şəxslə bağlı məsələyə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, İcra Hakimiyyətindən bildirilib ki, dövlət bayrağına qeyri-etik hərəkətlər edən şəxs Birinci Qarabağ müharibəsinin şəhidi, “Azərbaycan Bayrağı” ordenli Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyovdur:

“Bərdə Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə yayılmış Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı aparatın baş məsləhətçisi Zöhrab Zöhrabbəyovun qeyri-etik hərəkətlərindən məlumatlıdır və baş vermiş hadisəyə görə təəssüf hissi keçirir.
Zöhrab Zöhrabbəyovla ətraflı söhbət aparılaraq izahatı alınıb və yol verdiyi ciddi nöqsana görə haqqında inzibati tənbeh tədbiri görülüb. Zöhrab Zöhrabbəyov yol verdiyi hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib”.

Qeyd edək ki, hadisə Bərdədə baş verib. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO