Naxçıvan, Şəki və Zaqatalada baş verən zəlzələlər Şamaxıdakı vulkana təsiri etməyib, çünki çox uzaqdadırlar. Təsir əsasən 80-100 km radiusda olan zəlzələlər episentrində yerləşir.
Bunu Bizim.Media-ya açıqlamasında AMEA-nın Geologiya və Geofizika İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev Şamaxı rayonunun Quşçu kəndində püskürən vulkan xəbərinə münasibət bildirərkən deyib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda güclü zəlzələ gözlənilirmi? – Şahbuzda təhlükə var!
Onun sözlərinə görə, Şamaxı, Şirvan və Xəzərdə olan zəlzələlər bölgədəki vulkanların oyanmasına səbəb olur:
“Vulkanın püskürməsi ilə aktivləşməsi arasında fərq var. Aktivləşəndə palçıq, su və qazı yer səthinə atır. Belə hal müşahidə ediləndə vulkana yaxın yaşayış yerlərində zəif zəlzələr olur”.
Bundan başqa, şöbə müdiri Quşçu kəndinə düşən vulkan lavalarının təhlükəsiz olduğunu deyib:
“Bu lavaların ziyandan çox xeyiri var. Həmin lavalar 2 hektara yaxın ərazini əhatə edir. Onun təmizlənməsi qeyri mümkündür. Gübrə necə torpağa qarışır, o da elə olacaq”.
Daha sonra A.Əliyev bu vulkanın Şamaxıda ən aktiv olduğunu vurğulayıb:
“3-4 ildən bir püskürür. Sonuncu püskürmələr 2018-2019-cu ildə olub”.
Gülşanə Mustafayeva, Bizim.Media