Badamdarda ağaclıq ərazinin hasara alınması araşdırılıb - FOTO

Badamdarda ağaclıq ərazinin hasara alınması araşdırılıb - FOTO

Hazırda oxunan: Badamdarda ağaclıq ərazinin hasara alınması araşdırılıb - FOTO

96445

Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 12b ünvanında 1 hektarlıq ağaclıq ərazinin hasara alınması və kəsilməsi təhlükəsi yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə bir qrup sakin apa.az-a müraciətində bildirib.

APA.az mövzu ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlayıb.

Ərazinin hasara alınması və ağacların kəsilmə təhlükəsinin olması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətində məsələ araşdırılıb.
Xidmət rəsmisi Vaqif Cavadov sorğumuza cavab olaraq bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı hasara alınan yaşıllıq ərazidə ağac kəsintisi faktının olmadığı müəyyən edilib:

“Faktla bağlı akt tərtib olunub. Ağaclar sayılaraq qeydiyyata alınıb və qorunub saxlanılması məqsədilə ərazinin mülkiyyətçisinə təhvil verilib”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO