Masallıda avtomobil kanala aşdı: 2 nəfər öldü - BİRİ POLİSDİR

Masallıda avtomobil kanala aşdı: 2 nəfər öldü - BİRİ POLİSDİR

Hazırda oxunan: Masallıda avtomobil kanala aşdı: 2 nəfər öldü - BİRİ POLİSDİR

96376

Masallıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəza hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə gecə saatlrında Masallı rayonun Boradigah qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Lənkəran rayon sakini 1999 - cu il təvəllüdlü Əli Mirzağa oğlu Qasımovun idarə etdiyi “Reno” markalı avtomobil hərəkətdə olarkən idarəetmən iitirərək yoldan çıxıb.

Sonra, nəqliyyat vasitəsi yol kənarındakı su kanalına aşıb.

Dərhal əraziyə FHN-in Lənkəran Regional Mərkəzinin Xüsusi Riskli Qüvvələri və Təcili Tibbi Yardım əməkdaşları cəlb olunub.

Xilasedicilər avtomobildə olan sürücü və iki nəfər sərişini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Sürücü ciddi xəsarət almasa da avtomobildə olan sərnişinlər Lənkəran rayon sakinləri 1999 - cu il təvəllüdlü Zaur Zahid oğlu Əlizadə və 2001 - ci il təvəllüdlü Bəhram Vasif oğlu Məmmədzadə boğularaq ölüb.

Qeyd edək ki, Bəhram Məmmədzadə mühafizə polisində çalışırdı və evin tək övladı olub. Apa.az-ın məlumatına görə, faktla bağlı cinayət işi açılıb araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO