14 gündən sonra nəşi tapılan şəhidimiz DƏFN OLUNDU - FOTO/VİDEO 

14 gündən sonra nəşi tapılan şəhidimiz DƏFN OLUNDU - FOTO/VİDEO 

Hazırda oxunan: 14 gündən sonra nəşi tapılan şəhidimiz DƏFN OLUNDU - FOTO/VİDEO 

96141

Düşmən təxribatının qarşısını alarkən şəhid olan daha bir əsgərimiz bu gün axşam saatlarında Neftçala Rayonunun Bankə qəsəbəsində dəfn olunub.

Bizim.Media-nın Cənub bürosunun verdiyi məlumata görə, Abdullayev Elvin Elçin oğlu sentyabr ayının 13-ündə Azərbaycan sərhədində düşmən təxribatına qarşı döyüşlərdə şəhid olub.

Yaxınları ilə vida mərasimindən sonra qəhrəman şəhidimiz şəhidlər xiyabanında dəfn olunub. Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, rayon ictimaiyyət nümayəndələri də iştirak edib.
Qeyd edək ki Abdullayev Elvin 2003- cü ildə Neftçala rayonunda anadan olub . Bir il iki ayın əsgəri olan Elçin evin tək oğlu olub.

Elşən Feyzullayev, Bizim.Media
 





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO