Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə qatar reyslərinin sayı ARTIRILACAQ - FOTO 

Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə qatar reyslərinin sayı ARTIRILACAQ - FOTO 

Hazırda oxunan: Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə qatar reyslərinin sayı ARTIRILACAQ - FOTO 

96117

Hərəkət qrafikinin optimallaşdırılması və pik saatlarda qatarlarda olan sərnişin sıxlığını tənzimləmək məqsədilə 28 sentyabr tarixindən etibarən Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının reyslərinin sayı artırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verillib.

Bildirilib ki, Sumqayıtdan saat 07:25-də çıxan qatar yeni qrafiklə saat 07:15-də hərəkət edəcək və əlavə olunmuş qatar isə saat 07:30-da Sumqayıt stansiyasından yola düşəcək.

Bundan başqa, Sumqayıtdan saat 07:45-də yola düşən Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən reys ləğv edilir. Digər qatarların hərəkət cədvəlləri isə dəyişdirilmədən saxlanılır.

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO