"Oğluma adımı qoyarsan..." Şəhid Şahinin yadigarı Şahin! – VİDEO  

Hazırda oxunan: "Oğluma adımı qoyarsan..." Şəhid Şahinin yadigarı Şahin! – VİDEO  

96011

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının baş giziri Şahin Hüseynbala oğlu Allahyarov 44 günlük Vətən Müharibəsində qəhrəmanlıqla şəhid olub.  

Bizim.Media xəbər verir ki, 27 yaşında şəhid olan hərbçimizin övladına atasının xatirəsini əziz tutmaq üçün Şahin adı verilib.  

Şəhidimizin həyat yoldaşı açıqlamasında bildirib ki, cütlüyün oğlu əri Şahin Allahyarovun şəhadətə yüksəlməsindən bir ay sonra dünyaya gəlib:  

“Övladımız dünyaya gələndə həyat yoldaşıma çox ehtiyacım var idi. Amma təəssüf ki, o artıq həyatda yox idi. Şahin adını yaşadacaq insanın olması gözəldir, amma kaş özü də bunu görərdi. Atasının xarakteri oğlumuzda əksini tapıb”.  

Qeyd edək ki, Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının baş giziri olan Ş.Allahyarov 2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrimiz tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan 44 günlük Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.  
Ş.Allahyarov noyabrın 1-də Şuşa döyüşləri zamanı şəhid olub. O, Quba rayonunun Zizik kəndində dəfn olunub.  

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO