44 günlük Vətən müharibəmizdə qəhramanlıq salnaməmizi yazan şəhidlərimizdən biri də Kəlbiyev Şaiq Namiq oğludur. O, 10 sentyabr 1994-cü ildə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində anadan olub. 2012 ci ildə 319 saylı orta məktəbin 9 sinifinin bitirən Kelbiyev Şaiq, 2012 ci ildə Bakı Dövlət Sosial İqtisadi Kollecinə daxil olub.
O, Bakı Dövlət Sosial İqtisadi Kollecində Təhsilini müvəffəqiyyətlə bitirdikdən sonra 2014-cü ildə Qaradağ rayonu Hərbi komissarılığı tərəfindən hərbi xidmətə yollanıb və "Aprel döyüşləri”nin iştirakçılarından olub.
Axillesin zəif nöqtəsi dabanı olduğu kimi, Şaiqin də zəif yeri beli olur. Belə ki, “Aprel döyüşləri” zamanı belindən ağır zədə aldığı üçün onun belinə mil taxılır. Lakin 27 sentyabr 2020 ci il tarixində Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğurunda başlayan döyüşlərdə iştirak etmək üçün hərbi komissarlıqdan çağırış aldığı zaman, Şaiq belinin zədəli olması ilə bağlı həkim kağızını komissarlıqdan gizlədir. Şaiq Kəlbiyev 16 oktyabr 2020-ci il tarixində Goranboy, Suqovşan, Füzuli, Ağdərə istiqamətlərində gedən döyüşlərdə şücaət göstərir və aldığı qəlpə yarasından şəhidlik zirvəsinə yüksəlir.
Şəhidimiz haqqında Bizim.Media-ya danışan atası Namiq Kəlbiyev bildirib ki, 44 günlük müharibənin 17 gününü vətən üçün döyüşən və şəhid olan oğlu Şaiq ilə fəxr edir:
"Oğlum belində mil var idi, amma bunu öldüyü son günə kimi hamıdan gizlətdi. Bunu təkcə mən və oğlum bilirdik. Əgər bunu hərbi komissarlığa desəydi, onun vətən müharibəsində döyüşməsinə icazə verməyəcəkdilər.
O, isə "Aprel döyüşləri”ndə başladığı işi bitirmək üçün müharibəyə yollandı. Mən onunla hərbi komissarlıqda görüşəndə dedim ki, sən zədəli olduğunu gizlətməməlisən. Şaiq isə mənə söylədi ki, mövzu vətəndirsə, gerisi təfərrüatdır.
“Aprel döyüşləri” oğluma çox şey öyrətmişdi. Orada kəşfiyyatçı və pulemyotçu kimi döyüş zamanı misilsiz xidmətlər göstərdiyini onun döyüş yoldaşları da təsdiqləyirdi. Mən onun “Aprel döyüşləri”ndə şəhid olacağından çox qorxurdum, amma Aprelin 25-i evə zəng vurub sağ olduğunu və tezliklə qayıdacağını bildirdi.
Şəhidimizin Vətən Müharibəsində atası ilə son telefon danışığı ölümündən iki gün öncə baş tutur:
"Cəmi 10 saniyə danışa bildik. Məndən hallalıq istədi və dedi ki, yuxuda şəhid olduğunu görüb. Doğurudan da, elə iki gün sonra oğlumun şəhid xəbərini aldım.
Yusif Peyğəmbərin filmində atası ona deyir ki, oğlum, səni Allah seçib. Haqqı və ədaləti bərqərar etdiyinə görə sən məndən üstünsən. İndi mən Şaiqimin ruhu qarşısında baş əyərək ona deyirəm ki, oğlum, şəhadətə yüksəldiyin və vətənimizin ərazi bütövlüyünü bərpa etdiyin üçün sən məndən üstünsən".
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:15 / 27.09.2022
Şəhid Şaiq Kəlbiyevin ATASI: “Oğlum, şəhadətə yüksəldiyin üçün sən məndən üstünsən”
Hazırda oxunan: Şəhid Şaiq Kəlbiyevin ATASI: “Oğlum, şəhadətə yüksəldiyin üçün sən məndən üstünsən”
Hazırda oxunan: Şəhid Şaiq Kəlbiyevin ATASI: “Oğlum, şəhadətə yüksəldiyin üçün sən məndən üstünsən”
95998
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.