Azərbaycanda bağlı qalan 310 cinayətin üstü açılıb

Azərbaycanda bağlı qalan 310 cinayətin üstü açılıb

Hazırda oxunan: Azərbaycanda bağlı qalan 310 cinayətin üstü açılıb

9599

Ötən illərdən bağlı qalmış 310 cinayətin açılması təmin edilib.

Bizim.Media xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev qurumun 2020-ci ilin yekunları ilə bağlı hesabat yığıncağında deyib.

Bildirilib ki, 2019-cu illə müqayisədə daxili işlər və prokurorluq orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa az ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, dələduzluq, mənimsəmə və israf etmə, eləcə də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, o cümlədən ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin, vəzifə cinayətlərinin sayı azalıb.

Hesabat dövründə prokurorluq orqanları tərəfindən 1045 şəxs barəsində 795 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq məhkəmələrə göndərilib.

2019-cu illə müqayisədə 34 hadisə artmaqla 193 qəsdən adam öldürmə cinayətləri qeydə alınmışdır ki, onların 94 faizinin açılması təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO