Səfir Cahid Bağçı və Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Tərtərə səfər edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Zeki Öztürk, Türk Qızıl Aypara Cəmiyyətinin baş katibi Yusuf Ramazan Sayğılı və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibi Ceyhun Mirzəyevlə birlikdə Tərtər rayonuna səfər ediblər.
Səfər çərçivəsində qonaqlar şəhərin girişində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini, daha sonra Ulu Öndərin abidəsini ziyarət edərək, onların xatirəsini dərin ehtiramla yad edib, önünə gül dəstələri düzüblər.
Daha sonra qonaqlar Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonuna müxtəlif tipli reaktiv yaylım atəşi sistemləri və artilleriya qurğularından atılmış mərmilərə, Vətən müharibəsi zamani rayona dəymiş ziyanı əks etdirən fotostentlərə baxıblar.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlara Tərtər haqqında ətraflı məlumat verib.
O, Vətən müharibəsi zamanı rayonun yaşayış məntəqələrinin atəşə tutulması və bunun nəticəsində dinc əhali arasında 16 nəfərin həlak olmasını qonaqların diqqətinə çatdırıb. Sonda qonaqlara rayon icra hakimiyyətinin başçısı tərəfindən xatirə hədiyələri təqdim edilib.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
- A-
- A
- A+
Cəmiyyət
19:25 / 26.09.2022
Cahid Bağçı Tərtərə səfər etdi - FOTO
Hazırda oxunan: Cahid Bağçı Tərtərə səfər etdi - FOTO
Hazırda oxunan: Cahid Bağçı Tərtərə səfər etdi - FOTO
95912
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.